top of page

Yurçeviçdən açıqlama

Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi. Əla şəhərdə - Bakıda yaşayırdım. Avro-2020-nin seçmə mərhələsində əlverişsiz rəqib idik. Qrupda daha çox xal toplaya bilərdik".

90plus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq baş məşçqisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibəsində söyləyib. O, yığmamızda qazandığı nəticələri elə də uğursuz hesab etmədiyini bildirib: "8 komanda və 40-dək oyunçu arasından 20-25 futbolçu seçməli idik. Fikrimcə, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi. Azərbaycan millisində müqaviləm başa çatdı. Zamanın nə gətirəcəyinə və qarşımda nəyi açacağına baxacağıq".

0 comments
bottom of page