top of page

Yusuf, Merih və Ronaldo birlikdə?

Türkiyə millisinin və Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.


"90plus.az" "France Football" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" maraqlanır.


Turin təmsilçisi türkiyəli oyunçunu izləmək üçün mütəmadi olaraq skautlar göndərir. İtaliya nəhəngi Yazıcı üçün mövsümün sonunda klubuna rəsmi təklif göndərməyi planlaşdırır.


"Yuventus" Yazıcını mövsümün sonunda komandadan ayrılacaq Paulo Dibalaya əvəzləyici kimi görür. "Lill"in bu keçid üçün qarşı tərəfdən 40-45 milyon avro tələb edəcəyi gözlənilir.


Qeyd edək ki, Yusuf Yazıcı cari mövsüm "Lill" forması ilə 23 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Yuventus"da Türkiyə yığmasının daha bir üzvü Merih Demiral çıxış edir.

0 comments
bottom of page