top of page

Yusuf Yazıcı: “Lill”də tarix yazıb


Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı Fransanın "Lill" klubunda Avrokubokların bütün tarixi ərzində ən çox qol vuran futbolçusu olub.


90plus.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi dünən Konfrans Liqasının 1/4 final mərhələsinin "Aston Villa"ya (İngiltərə) qarşı cavab matçında (2:1) da komandasının ilk qolunu vurub. Bu, onun 12-ci avrokubok qolu idi.

Bu da həmin qol:


İndiyədək adıçəkilən komandanın heç bir oyunçusu qitə miqyaslı yarışda bu qədər fərqlənə bilməyib.


Y.Yazıçı eyni zamanda Hakan Çalhanoğlu ilə birgə Avropa kuboklarında əcnəbi klubun oyunçusu kimi ən çox qol vuran türk futbolçu olub.


Mənbə: NTV Spor

0 comments
bottom of page