top of page

"Yuventus" "Atletiko"nun futbolçusu ilə maraqlanır

"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90plus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Yuventus" 26 yaşlı oyunçu ilə maraqlanır. Bildirilib ki, ispan futbolçu klub rəhbərliyi tərəfindən bəyənilir. Artıq bir neçə gündür Turin təmsilçisi bu transferlə bağlı "Atletiko" ilə əlaqə saxlayır. Madrid klubunun Saul üçün 70 milyon avro istədiyi vurğulanıb. Bu məbləğin transfer gerçəkləşməsinə problem yarada biləcəyi yazılıb.

Saulla "Yuventus"la yanaşı, "Mançester Yunayted", PSJ və "Bavariya" maraqlanır. Qeyd edək ki, S.Niqes ötən mövsüm La Liqada 33 oyuna çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.

0 comments
bottom of page