top of page

"Yuventus"dan daha 20 xal silinə bilər


"Yuventus" klubundan liqada daha 20 xal silinə bilər. Belə ki, İtaliya Futbol Federasiyası (FİGC) hüquqşünasları klubun pandemiya dövründə maaş ödəmələrində qanunsuzluğa yol verdiyini iddia edir və buna görə də onlar klub aktivindən daha 20 xalın silinməsi üçün müraciət edəcəklər. Onların iddiasına görə, "Yuventus" klubunda pandemiya dövründə bir sıra oyunçuların maaşlarının 4 aylıq hissəsini kluba bağışlaması məlumatı tamamilə yalandır. Onlar bildirir ki, Matthijs de Ligt və Mattia De Sciglio tərəfindən də təsdiqlənmiş telefon danışıqları və Whatsapp mesajları keçmiş rəhbərliyin bu məlumatlarının doğru olmadığını üzə çıxarıb. Bu isə keçmiş rəhbərliyin pandemiya dövründə oyunçuların maaşlarının bir hissəsini mənimsədiyini açıqlayır. Həmçinin Cristiano Ronaldo'ya da klubun 19.9 milyon avro borcunun qalması da hüquqşünasların kluba qarşı istifadə edəcəyi məlumatlar sırasındadır.



Mart ayına təxirə salınan növbəti məhkəmədə hüquqşünaslar hakim heyətindən klubun xallarının silinməsini tələb edəcəklər.

0 comments
bottom of page