top of page

“Yuventus”un şikayəti təmin edilmədi

İtaliyanın Ali İnzibati Məhkəməsi “Yuventus”un İtaliya Futbol Federasiyası, “İnter” və Olimpiya Komitəsinə qarşı olan şikayətini təmin etməyib.


90plus.az ANSA-ya istinadən xəbər verir ki, onların şikayəti 2005/06 mövsümündə turinlilərin çempionluq titulundan məhrum edilməsi ilə bağlı olub. “Yuventus” bu mövzu ilə əlaqədar bir daha etiraz edə bilməyəcək.


2005/06 mövsümündə “qoca sinyora” danışılmış oyunların təşkilində ittiham edilirdi. Bununla da onlar ölkə çempionluğundan məhrum edilib və İtaliya B Seriyasına göndərilib. Həmin mövsümdə çempionluq “İnter”in adına yazılıb.


0 comments

Recent Posts

See All

Comments


bottom of page