top of page

"Yuventus"un sabiq prezidenti ittihamlara münasibət bildirdi

"Yuventus"un sabiq prezidenti Andrea Anyelli maliyyə fırıldaqları ilə bağlı iddialara münasibət bildirib.


90plus.az "Reuters"ə istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Son illərdə “Yuventus”a olan böyük sevgim sayəsində meydanda və meydandan kənarda nəticə əldə etmək üçün hər cür səy göstərmişəm. "Yuventus" hər şeydən və hər kəsdən üstündür. Əminəm ki, son illərdə düzgün hərəkət etmişəm və bizə qarşı irəli sürülən ittihamlar əsassızdır”.


Xatırladaq ki,  Andrea Anyelli və onun müavini Pavel Nedvedin başçılıq etdiyi klubun bütün idarə heyəti istefa verib. Daha sonr Turin prokurorluğunun “Yuventus”un keçmiş rəhbərlərinə qarşı maliyyə fırıldaqlarında şübhəli bilinərək iş açdığını bildirib. Turin klubunun gizli şəkildə 17 futbolçuya təxminən 60 milyon avro ödədiyi vurğulanıb.

0 comments

Recent Posts

See All
bottom of page