top of page

"Yuventus"un yeni prezidenti açıqlandı

"Yuventus"un yeni rəhbərliyi açıqlanıb.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Canluka Ferrero Turin təmsilçisinin prezidenti olub.


Klubun idarə heyətində Fioranna Vittoria Neqri, Mauritsio Skanavino (baş menecer), Dieqo Pistone və Laura Kapiello yer alıb.


Xatırladaq ki, "Yuventus"da maliyyə pozuntusu faktı aşkarlandığından bu ilin noyabrında klub rəhbərliyi bütün idarə heyəti ilə birlikdə istefa verib.



0 comments
bottom of page