top of page

“Zəngəzur” Avropa Kubokunda pley-offa yüksəldi

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.


90plus.az məlumatına görə, Azərbaycan təmsilçisi yer aldığı A qrupunda üçüncü matçına çıxıb.


Rəqib Çexiya “Veşka Olomuç”u olub. Qarşılaşmada hesabı çexiyalılar açsalar da, Azərbaycan komandası bərabərlik qolunu vura bilib. Nəticədə oyun 1:1 hesabı ilə yekunlaşıb.


Beləliklə, qrup mərhələsini 2-ci pillədə başa vuran "Zəngəzur" pley-offa vəsiqə qazanıb. Təmsilçimiz orada digər qrupda birinci yeri tutacaq komanda ilə qarşılaşacaq.


Qeyd edək ki, “Zəngəzur” qrupun ilk iki turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib, Yunanıstan klubu TMT ilə 3:3 hesablı heç-heçə edib.



0 comments

コメント


bottom of page