top of page

Zidan Simeoneni belə təriflədi


"Real"ın baş məşqçisi Zinəddin Zidan "Atletiko"nun çalışdırıcısı Dieqo Simeonenin son vaxtlar tənqid edilməsinə münasibət bildirib.

90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis həmkarının dünyanın ən yaxşı çalışdırıcılarından biri olduğunu deyib:

"Mən onu tənqid edənləri anlamıram. Amma bu, bizim işimiz deyil. Simeonenin necə bir məşqçi olduğunu bilirəm. Qvardiolanın ən yaxşı olduğunu söyləmişdim. Amma Simeone də dünyanın ən yaxşı mütəxəssislərindəndir və o, bunu sübut edib. Edilən tənqidlər Simeone haqqında düşündüklərimi dəyişdirmir".

Qeyd edək ki, "Real" və "Atletiko" sabah La Liqanın 22-ci turunda qarşılaşacaqlar.

0 comments
bottom of page