top of page

“Zirə” - “Araz Naxçıvan” oyununda 3 qol vuruldu!


Qış təlim-məşq toplanışını Azərbaycanda keçən Premyer Liqanın iki komandası yoxlama görüşündə üz-üzə gəlib.


90plus.az xəbər verir ki, mövsümün ilk yarısından sonra çempionatın ikinci pilləsində qərarlaşan “Zirə” altıncı yerin sahibi “Araz-Naxçıvan”la qarşılaşıb.


Naxçıvan təmsilçisinin ev oyunlarını keçirdiyi “Dalğa Arena”da baş tutan matçda “Zirə” 2:1 hesablı qələbə qazanıb.


Zirə 2-1 Araz Naxçıvan

⚽️: İlkin Muradov 55’

⚽️: Orxan Əliyev 68’ (pen)

⚽️: Salifu Suma 71’


Hər iki komanda yanvarın 15-də ikinci yoxlama görüşünə çıxacaq. “Zirə” “Qarabağ”la, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.


Qeyd: Premyer Liqanın geridə qalan 18 turunda “Zirə” 29, “Araz-Naxçıvan” isə 26 xal toplayıb.

0 comments

Comments


bottom of page