top of page

"Zirə" yoluna itkisiz davam edir

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.


90plus.az - ın məlumatına görə, günün ikinci matçı Zirə İdman Kompleksinin stadionunda keçirilib.


İlk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib.


Artıq 2-ci dəqiqədə hesab açılıb. Ukraynalı hücumçu Vladislav Kulaç meydan sahiblərini önə keçirib. 67-ci dəqiqədə isə qonaqlardan Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.


Qarşılaşmada başqa qol olmayıb və "qartallar" ardıcıl 4-cü qələbə ilə liderliyini davam etdirir. Bir oyun az keçirən "Sabah" isə 4 xalla beşinci sıradadır.


Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə (1:1) ediblərsə, “Səbail” səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura avqustun 27-də keçiriləcək “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.



0 comments

Comentários


bottom of page