top of page

"Zirə" Haiti millisinin üzvünü heyətinə qatdı!


"Zirə" heyətinə yeni futbolçu cəlb edib.

90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Brayan Alseusla 2.5 illik müqavilə bağlayıb.


25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.

0 comments
bottom of page