top of page

"Zlatan oynamaq üçün əməliyyat olundu"


"Milan"ın 40 yaşlı hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək haqda düşünmür.


90plus.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Stefani Pioli İtaliya mətnuatına açıqlamasında deyib:


"O, bütün bu aylar ərzində əziyyət çəkirdi. Ona görə də əməliyya üçün səbirsizlənirdi. Zlatan çempionluğumuza böyük kömək etdi, bütün komandaya bu mentaliteti və inamı verdi. O, futbolda tanıdığım ən ağıllı və ən gözəl insandır. Zlatan oynamağa davam etmək istədiyi üçün əməliyyat olundu. Hələ də komandaya verəcək nəyisə var".


Qeyd edək ki, 2010-2012-ci illərdə "Milan"da çıxış edən İbrahimoviç 2020-ci ilin yanvarında komandaya qayıdıb

0 comments
bottom of page