top of page

Çakır rekorda şərik oldu


Türkiyəli hakim Cüneyt Çakır üçün Avro-2020-nin qrup mərhələsinin Ukrayna - Avsrtiya oyunu (0:1) əlamətdar olub. 90plus.az xəbər verir ki, bu matç hakimin Avropa çempionatlarının final mərhələsində idarə etdiyi 8-ci görüş olub. O, bu göstəricidə hakim Anders Friskin rekordunu təkrarlayıb.


Çakır Avro-2008 və Avro-2012-nin hərəsində 3, Avro-2020-də isə indiyə kimi 2 qarşılaşmada baş hakim olub. O, bu görüşlərdə ümumilikdə 31 sarı və 1 qırmızı vərəqə göstərib. Çakıra daha bir matç həvalə olunacağı təqdirdə, yeni rekord müəyyənləşdirəcək.

0 comments
bottom of page