top of page

“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

90plxəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib. Turun açılış matçında “Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib.


“Liverpul” bu turda “Sauthempton”un müqavimətini 4 cavabsız qolla qırıb. “Kristal Pelas” evdə “Aston Villa”ya uduzub.


“Norviç Siti” – “Vulverhempton” və “Brayton” – “Lids” matçlarında isə qapılara qol vurulmayıb. “Mançester Siti”nin bu turdakı rəqibi “Vest Hem” olub. “Şəhərlilər” bu oyundan qalib ayrılıblar. Turun mərkəzi görüşü Londonda keçirilib. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.


“Tottenhem”in “Bernli” ilə səfər oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.


Arsenal – Nyukasl 2:0

Qol: Saka, 56. Martinelli, 66.

Liverpul – Sauthempton 4:0

Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Bernli – Tottenhem oyunu təxirə salınıb

Mançester Siti – Vest Hem 2:1

Qol: İ.Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.


Çelsi – Mançester Yunayted 1:1

Qol: Jorjinyo, 69-pen – Sanço, 50.

0 comments
bottom of page