top of page

"Çelsi" "Qızıl oğlan"la maraqlanır

İngiltərənin "Çelsi" klubu Almaniyanın "Borussiya" (Dortmund) hücumçusu Erlinq Hollanı transfer etməyə hazırlaşır.

"90plus.az" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı norveçli hücumçu yay transfer dönəmində London təmsilçisinin əsas hədəfi olacaq.

"Zadəganlar" gənc oyunçunu heyətinə qataraq transfer rekordunu da yeniləməyə hazırdır. Hazırda klub tarixinin ən bahalı transferləri 80 milyon avroya başa gələn Kay Haverts və Kepa Arrisabalaqadır. Qızıl oğlan Erlinq Hollan bir çox Avropa nəhənglərinin radarında olduğundan onu transfer etmək çətin olacaq.


Qeyd edək ki, Erlinq Holann 2019-cu ilin dekabrında Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.


0 comments
bottom of page