top of page

Çempionlar Liqası: 1/4 finala gedənlər bəllidir


Çempionlar Liqasında 1/8 final mərhələsi iki oyunla başa çatıb.


90plus.az xəbər verir ki, "Atletiko Madrid" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i 2:1 üstələyib və ümumi hesab 2:2 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirən penaltilər seriyasında daha dəqiq olan  "Atletiko" 1/4 finala vəsiqə qazanıb:


Atletiko Madrid 2-1 İnter

(Ümumi hesab: 2-2)

Penaltilər: 3-2


Dimarko 33'

Qrizman 35'


Qollar:



Borussia Dortmund isə ilk matçda heç-heçə etdiyi PSV üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib:


Borussiya Dortmund 2-0 PSV

(Ümumi hesab: 3-1)


Sanço 3'

Reus 90'


Qollar:



Beləliklə, UEFA Çempionlar Liqasında 1/4 finalçıların hamısı bəllidir.


Real Madrid - İspaniya

Barselona - İspaniya

Atletiko Madrid - İspaniya

Mançester Siti - İngiltərə

Arsenal - İngiltərə

Bayern Münhen - Almaniya

Borussia Dortmund - Almaniya

PSJ - Fransa


1/4 finalın püşkatması cümə günü 15:00-da keçiriləcək.



0 comments
bottom of page