top of page

Çempionlar Liqası, final: Biletlətin qiymətləri bəllidir


Çempionlar Liqasının finalına biletlərin qiyməti məlum olub.


90plus.az xəbər verir ki, bu məlumat UEFA-nın rəsmi saytında dərc olunub. Ən ucuz biletlərin qiyməti 60 funt-sterlinqə olacaq. Bu biletlər iki finalçı komandadan birinin azarkeşləri üçün nəzərdə tutulub.

Digər azarkeşlər isə mövcud 86 min yerdən 60 minini tuta biləcəklər. Finala çıxan komandaların azarkeşlərinə 25 min yer ayrılacaq. Digər azarkeşlər üçün biletlər üç kateqoriyaya bölünəcək: III Kateqoriya minimum 160 funt-sterlinqə, II kateqoriya 430 funt sterlinqə, I kateqoriya biletlər isə 610 funt-sterlinqə satılacaq


Qeyd: Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londondakı (İngiltərə) Uembli stadionunda keçiriləcək.

0 comments
bottom of page