top of page

Çempionlar Liqasında gecənin yekunu!

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürüb.


90plus.az xəbər verilir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilib. 


E qrupunda  "Çelsi" (İngiltərə) səfərdə "Zalsburq"a (Avstriya) 2:1 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Milan"a (İtaliya) darmadağınla uduzub - 0:4. 


F qrupunda "Leyptsiq" Almaniyada "Real"ı (İspaniya) məğlub edib - 3:2. Lakin qrupun digər görüşündə "Şaxtyor" (Donetsk, Ukrayna) Şotlandiyada "Seltik"lə heç-heçə etdiyi (1:1) üçün "Leyptsiq" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilməyib..


G qrupunda Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə 0:3 hesabı ilə uduzub və qrupda qalacağı dəqiqləşib. Bu qrupun digər matçında Dortmund "Borussiya"sı evdə "Mançester Siti" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb. Nəticədə "Borussiya" adını pley-offa yazdırıb.


H qrupunda isə PSJ (Fransa) və "Benfika" (Portuqaliya) 1/8 finala adlayıblar. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una qalib gəlib.


Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.


Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

25 oktyabr

E qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Kovaçiç, 23 (0:1), Adamu, 49 (1:1), Havertz, 64 (1:2)


23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4

Qollar: Qabbia, 39, Leau, 49, Jiru, 59-pen; Lyubiçiç, 69-avtoqol.

Xallar: "Çelsi" - 10, "Milan" - 7, "Zalsburq" - 6, "Dinamo" - 4


F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1

Qollar: Giakumakis, 34 - Mudrik, 58


23:00. "Leyptsiq" (Almaniya) - "Real" (İspaniya) - 3:2

Qollar: Qvardiol, 13, Nkunku, 18, Verner, 81 - Junior, 44, Rodriqo, 90+4-pen.

Xallar: "Real" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2


G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: En Nesiri, 61, İsko, 88, Montiel, 90+2


23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0

Xallar: "Mançester Siti" - 11, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2


H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) - 7:2

Qollar: Messi, 19, 45, Mbappe, 32, 65, Neymar, 35, Qoldberq, 67-avtoqol, Soler, 84 - Şek, 38, 51


23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 4:3

Qollar: A.Silva, 17, Mario, 28-pen; R.Silva, 35, 50 - Kin, 21, Milik, 77, Makkenni, 79

Xallar: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3

0 comments
bottom of page