top of page

Çempionlar Liqasının ən gənc futbolçusu

Fransanın PSJ klubunun futbolçusu Varren Zair-Emri UEFA Çempionlar Liqasının tarixinə düşüb.


90plus.az xəbər verir ki, yarımmüdafiəçi buna Almaniya "Bavariya"sına qarşı 1/8 final mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub.


Zair-Emri qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində iştirak edən ən gənc oyunçu adına sahib çıxıb. Fransalı futbolçu bunu 16 yaş 343-cü günündə bacarıb.


Qeyd edək ki, qarşılaşma Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Bavariya" və PSJ arasındakı cavab görüşü martın 8-də olacaq.

0 comments
bottom of page