top of page

Çempionlar və Avropa liqasında dubl edənlər ən yaxşı seçildilər


Çempionlar Liqasında bu həftənin oyunçusunu "Barselona"dan Rafinya olub.


90plus.az xəbər verir ki, qurumun saytında azarkeş səsverməsi ilə Rafinya "Mançester Siti"dən Fil Foden, "Arsenal"dan Martin Edeqor, "Atletiko"dan Antuan Qrizmannı qabaqlayıb.


Qeyd: Rafinya ÇL-in 14 finalında PSJ-yə 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda 2 qol vurub.


Avropa Liqasında həftənin ən yaxşısı isə "Atalanta"nın hücumçusu Canluka Skamakka seçilib.


İtaliyalı forvard Avropa Liqasının 1/4 finalında "Liverpul"la səfər matçında (3:0) dubl edib.


O, digər namizədlər - Yonas Hofmann ("Bayer"), Rafa Silva ("Benfika") və Paulu Dibalanı ("Roma") qabaqladı.



0 comments
bottom of page