top of page

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Yunanıstanın "Olimpiakos" klubunun əsas qapıçısı Tomaş Vatslik "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin hər iki oyununu buraxacaq.


90plus.az "Fosonline" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.


Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.


Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


0 comments

Recent Posts

See All
bottom of page