top of page

ÇL-də mövsümün ilk püşkü atıldı

Çempionlar Liqasında 2021/2022 mövsümünün ilk püşkü atılıb.

90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən, turnirin ilkin mərhələsində yarımfinal cütləri bəlli olub.

"Folqore" (San-Marino) - "Priştina" (Kosova) "HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra) Qeyd edək ki, yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında oynanılacaq görüşlər bir oyundan ibarət olacaq.

Finalda qalib olan komanda Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Digər 3 komanda isı mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək.

0 comments
bottom of page