top of page

ÇL-in pley-off mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.


90plus.az xəbər verir ki, 1/8 finalın ilk iki oyun keçiriləcək.


Mərhələnin ən diqqətçəkən görüşü Parisdə baş tutacaq. 2019/2020 mövsümünün finalçıları Fransa PSJ-si ilə Almaniya təmsilçisi “Bayern Münhen” birincilərin meydanında üz-üzə gələcəklər.


Paralel keçən qarşılaşmada İtaliya çempionu “Milan” İngiltərə təmsilçisi “Tottenhem”i qəbul edəcək.


Qeyd edək ki, 1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.


Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral


00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Paris. “Park De Prens” stadionu


00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)

Baş hakim: Sandro Şerer (İsveçrə)

Milan. “San Siro” stadionu

0 comments
bottom of page