top of page

ÇL: "Trabzonspor" bacarmadı, Emrelinin komandası qrupa vəsiqə qazandı!

Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.


90plus.az xəbər verir ki, ikinci oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu Xorvatiyada Norveçin "Budyo Qlimt" komandasını sınağa çəkib. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub. Mahir start "11-lik"də yer almasa da 60-cı dəqiqədə meydana daxil olub.


Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Türkiyədəki oyun qolsuz bərabərliklə bitib və "Kopenhagen" istəyinə çatıb.


PSV isə Niderlanda Şotlandiya "Reyncers"i ilə münasibətlərinə aydınlıq gətirib. Qlazqodakı ilk görüşdə heç-heçə edən (2:2) tərəflərin ikinci duelindən minimal hesablı qələbə ilə ayrılan şotlandlar qrupda oynamaq hüququ qazanıb.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları


24 avqust

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Budyo Qlimt" (Norveç) 4:1

Qollar: Orşiç, 4. Petkoviç, 35. Drmiç, 117. Boçkay, 120 - Saltnes, 70, İlk oyun - 0:1


"Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) 0:0 İlk oyun - 1:2


PSV (Niderland) - "Reyncers" (Şotlandiya) 0:1

Qol: Çolak, 60 İlk oyun - 2:2

0 comments
bottom of page