top of page

"Özümü Avropadan kənarda görmürəm"


"Sabah"da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukrayna "Vorskla"sına qayıtmaq istəmir. 90plus.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlama verib. Cari mövsümün sonunda Bakı klubu ilə sözləşməsi başa çatacaq forvard hələlik gələcəyi ilə bağlı qərar vermədiyini bildirib: "Ukraynada oynamış həmkarlarımla çox danışıram və açığı, heç kim ora dönmək niyyətində deyil. Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda özümü Avropadan kənarda görmürəm". Qeyd edək ki, Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkəni tərk edib.

0 comments
bottom of page