top of page

Ülviyyə Fətəliyeva şahmat üzrə Avropa çempionudur!


Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva çempion oldu!


90plus.az xəbər verir ki, yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə son turda qara fiqurlarla Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə heç-heçə oynayıb.


Beləliklə 10 turda ümumilikdə 8,5 xal toplayan Ü.Fətəliyeva rəqibləri üçün əlçatmaz olub və Avropa çempionatının qızıl medalına layiq görülüb.


Qeyd: Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

0 comments
bottom of page