top of page

Ülviyyə Fətəliyevanın şərəfinə: Qızıl medal, kubok və himnimizin səslənməsi!


Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimində turnirin qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.

90plus.az xəbər verir ki, çempion şahmatçımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub.


Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

Qeyd: Ülviyyə Fətəliyeva və Günay Məmmədzadə 2025-ci ildə keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququ da qazanıblar.


Mənbə: Azərbaycan Şahmat Federasiyası


0 comments
bottom of page