top of page

Ülviyyənin çempion olduğu turnirdə Rauf Məmmədovun həyat yoldaşı da medal alıb


Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanın çempion olduğu Avropa çempionatında qrossmeysterimiz Rauf Məmmədovun həyat yoldaşı, Ukraynanı təmsil edən Natalia Buksa da medal qazanıb.


90plus.az xəbər verir ki, Natalia qitə birinciliyinin ikincisi kimi gümüş medal qazanıb.

N.Buksa feysbuk hesabında ürək sözlərini də yazıb: “Qadınlar arasında keçirilən Avropa çempionatında ikinci yeri tutdum. Çox qürurluyam ki, Ukrayna bayrağını Avropa çempionatında qaldırdım. Bu işdə mənə kömək edən hər kəsə təşəkkür edirəm. Həmçinin Ülviyyə Fətəliyeva və Lela Cavaxişvilini təbrik edirəm”.

Qeyd: Natalia Buksa 2018-ci ildə Rauf Məmmədovla ailə həyatı qurub.

0 comments
bottom of page