top of page

Şahin Diniyevin “Səbail”dəki köməkçiləri təqdim olundu

Bu gün “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası baş tutub.


90plklubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi oyunçularla tanış olub.

O, məşqçilər korpusunun yeni üzvlərini komandaya təqdim edib.


Klubdan verilən məlumata görə, Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi təyin olunub. Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi təyin olunubsa, Fuad Əsədov qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.


Xatırladaq ki, “dənizçilər” sabah qış təlim-məşq toplanışı çərçivəsində Antalyaya yola düşəcəklər.

0 comments
bottom of page