top of page

Şenol Günəş: "Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki..."

Updated: Aug 18, 2023

“Neftçi”nin öz çempionatında getdikcə daha yaxşı olacağını düşünürəm”.


90plus.az - ın məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.


71 yaşlı mütəxəssis komandasının Avropa arenasında yoluna davam etməsinə sevindiyini bildirib: “İlk oyunun revanşında məğlubiyyəti qələbəyə çevirdik. “Neftçi” yaxşı komandadır. Mövsümün əvvəli olduğu üçün komandalar istənilən formada ola bilir. Bakıda ilk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik. Burada da nəzarət bizdə olsa da, hücumda effektli deyildik. “Neftçi”nin hücumunda isə qol buraxdıq. İkinci hissədə dominant olan tərəf biz idik. “Neftçi”nin orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır. Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki aradan səviyyə fərqi var.


O, bu mövsüm ilk dəfə hesabda geri düşdüklərini xatırladıb: “Bunları mövsümboyu yaşayacağıq. Komanda şəklində həm hücumda, həm də müdafidə olmaq lazımdır. İsti havada oyun tempi normal idi. Sadə qol buraxdıq. Əskiklərimiz oldu. Rəqibə görə çıxış edirdik. Dəyişikliklərdən sonra səviyyə fərqi özünü göstərdi. İkinci hissədə yaxşı idik, amma bəzi bölümlərdə lazımsız hərəkətlər oldu. Ümumi baxımdan normaldır”.


Baş məşqçi son 17 görüşdə məğlub olmamalarının önəmli olmadığını vurğulayıb: “Bu, bizim üçün heç bir məna kəsb etmir. Yalnız oyun səviyyəsini artırmaq barədə düşünürəm. O oyunlar artıq geridə qalıb. Mənim üçün vacib olan azarkeşin matçdan həzz almasıdır. Bu gün daha zəif oynayıb və ya çox yaxşı çıxış edib, böyük fərqlə qalib gələ bilərdik”.



0 comments
bottom of page