top of page

Şimali Koreya millisi Cənubi Koreyaya getməkdən imtina etdi

Şimali Koreya (KXDR) millisi DÇ-2022-nin Asiya zonası üzrə seçmə oyunları üçün Cənubi Koreyaya getməkdən imtina edib.

90plus.az "Daly Mail"ə istinadən xəbər verir ki, bununla bağlı Asiya Futbol Konfederasiyasına bildiriş göndərilib. KXDR Futbol Assosiasiyası koronavirus infeksiyası ilə əlaqədar təhlükəni səbəb göstərib.

Şimali və Cənubi Koreya yığmaları arasındakı oyun iyunun 7-də keçirilməlidir.

Asiya Futbol Konfederasiyası Pxenyandan qərarına yenidən baxmağı xahiş edəcək.

0 comments
bottom of page