top of page

Şəhriyyar Məmmədyarov turniri 6-cı pillədə başa vurub


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirini 6-cı pillədə başa vurub.

"90plus"un məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib. VII turda hindistanlı Nihal Sarinə uduzan şahmatçı VIII və IX turlarda isə müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib.

Məmmədyarov yekunda 4,5 xalla 6-cı pilləni tutub.

Qeyd edək ki, dekabrın 3-də “Tata Steel İndia”da blits yarışlarına start veriləcək. Turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.

0 comments

Recent Posts

See All

“Azərreyl”in qızları çempiondur!

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının 1-cisi ”Azərreyl” oldu! 90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" "Abşeron" üzərində 3:1-lik qələbə qaz

bottom of page