top of page

“Əl-Hilal” İspaniya millisinin futbolçusunu istəyir

“Əl-Hilal” klubu “Atletik”in qapıçısı Unay Simonla maraqlanır.


90plus.az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya millisinin 26 yaşlı üzvünün transferi Səudiyyə Ərəbistanı klubuna 45-50 milyon avroya başa gələ bilər.


22 yaşlı qapıçı Xulen Aquirrezabalaya ümid bağlayan basklar Simonla yollarını ayırmağa hazırdır.


“Tottenhem” bu yay Simonu almağa çalışsa da, “Atletik” 20 milyon avroluq təklifi qəbul etməyib.


Daha əvvəl “Əl-Hilal” Malkolm, Xalidu Kulibali, Ruben Neves və Sergey Milinkoviç-Saviçi transfer edib.

0 comments
bottom of page