top of page

"Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin"


"Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik". 90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdulla Zubir "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib. Fransalı oyunçu bu turnirin başqa səviyyədə olduğunu bildirib: "Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin". Zubir təsnifat mərhələsində meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını sözlərinə əlavə edib: "Amma burada oyunumuzdan daha çox məmnunuq. Çünki azarkeşlər stadiona daha yaxındır".

0 comments
bottom of page