top of page

Əliyar Ağayev Konfrans Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA yeni təyinat alıb.


90plus.az xəbər verir ki, o, Rumıniyada "Styau" və Slovakiyanın "Dunayska Streda" komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.


Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.


Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək.

0 comments
bottom of page