top of page

Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununu idarə edəcək


Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyununu idarə edəcək.


90plus.az xəbər verir ki, 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd: Fevralın 22-də baş tutacaq matç saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə ilə bitib.

0 comments
bottom of page