top of page

Əliyar Ağayev “Mançester Siti”nin oyununda baş hakim olacaq!


FİFA referisi Əliyar Ağayev İngiltərə nəhəngi "Mançester Siti"nin oyununu idarə edəcək!


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi olacaq!


Ona FİFA-nın referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.


Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

0 comments
bottom of page