top of page

Əliyar Ağayevə Yunanıstandan yenə təyinat gəlib


FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan kubokunun oyununa təyinat alıb.

90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, onun rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək “Olimpiakos” – AEK oyununu idarə edəcək. 


Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

0 comments
bottom of page