top of page

"Əminliklə deyə bilərəm ki, Emin "Neftçi"də qalmaq istəyir"


"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf kapitan Emin Mahmudovun komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

90plus.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Turan Tovuz"la bu gün keçirilən oyundan (4:0) sonra mətbuat konfransında bu haqda sualı cavablandırıb. O, Eminin "Neftçi"dən ayrılmaq fikrində olmadığını deyib:

Həmçinin oxuyun:

"Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Mənim də arzum budur. O, peşəkar futbolçudur. Bu cür xəbərlərlə çox qarşılaşıb. Bu haqda çox danışmalı deyilik. Eminin üzərində təzyiq yaratmalı deyilik. O, özü və ailəsi üçün ən yaxşı qərar nədirsə, onu seçəcək".

Qeyd edək ki, 2017-ci ildən "Neftçi"də çıxış edən Emin Mahmudovun klubla müqaviləsi bu ilin iyununa qədərdir.

0 comments
bottom of page