Postekoqlunun köməkçisi baş məşqçi oldu!

RƏSMİ: Rayan Meyson “Vest Bromviç”in yeni baş məşqçisi təyin olundu.
90plus.az xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi “Vest Bromviç Albion” klubunun yeni baş məşqçisini klubun rəsmi saytı təqdim edib.
32 yaşlı mütəxəssis son olaraq “Tottenhem”də Ange Postekoqlunun köməkçisi kimi çalışıb. O, daha öncə də “Tottenhem”də müvəqqəti baş məşqçi funksiyasını icra edib və klubla Premyer Liqa təcrübəsinə malikdir.
Rayan Meyson karyerasını erkən yaşda – ağır zədəyə görə dayandırmış və tezliklə məşqçilik fəaliyyətinə başlamışdı. Onun “Vest Brom”la ilk baş məşqçilik təcrübəsi olacaq.
“Vest Bromviç” ötən mövsüm Çempionşipdə pley-off mərhələsində mübarizə aparsa da, Premyer Liqaya yüksələ bilməmişdi. Klub rəhbərliyi Meysonun rəhbərliyi ilə yeni mövsümdə yüksəlişə nail olmağı hədəfləyir.
© Copyright 2025, All Rights Reserved