Premyer Liqa futbolçusu şahmat turnirinin qalibi oldu
İngiltərənin “Kristal Pelas” komandasında oynayan Eberçi Eze onlayn şahmat turnirində birinci yeri tutub.
90plus.az xəbər verir ki, Eze dörd gün davam edən yarışda bütün rəqiblərini məğlub edib.
Birinci yerə layiq görülən futbolçu 15 min funt sterlinq mükafat qazanıb.
Qeyd: Bazar dəyəri hazırda 55 milyon avro olan Eberçi Eze 2021-ci ildən etibarən “Kristal Pelas” klubunun heyətində çıxış edir.
© Copyright 2025, All Rights Reserved