Premyer Liqa təmsilçisinin ən bahalı transferi mövsümü bağladı
"Bornmut" klubunun futbolçusu Evanilson, ayaq sındırdığı üçün mövsümün qalan hissəsində komandasında çıxış edə bilməyəcək.
90plus.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına əsasən, əməliyyat olunan braziliyalı futbolçu artıq bərpa prosesinə başlayıb.
25 yaşlı hücumçu Premyer Liqanın 20-ci turunda "Everton"la oyunda zədələnib.
Xatırlatma: Evanilson cari mövsümün əvvəlində "Bornmut" tərəfindən Portuqaliyanın "Portu" klubundan 37 milyon avro qarşılığında transfer edilib. Bu transfer "albalılar"ın tarixində ən bahalısı hesab olunur.
© Copyright 2026, All Rights Reserved