Premyer Liqada ilk dəfə qələbə qazandılar
“Vulverhempton” 2025/26 Premyer Liqa mövsümündə ilk qələbəsini bayram edib. Komanda “Vest Hem Yunayted”i 3:0 hesabı ilə inamlı şəkildə məğlub edib.
90plus.az xəbər verir ki, qolların hamısı ilk hissədə vurulub.
Son nöqtəni Mateus Mane qoyub. Bu qol onun Premyer Liqada keçirdiyi doqquzuncu oyunda əsas komandadakı ilk qolu olub.
Bu matça qədər “Vulverhempton” 19 oyundan sonra cəmi 3 xal toplamışdı və heç bir qələbə qazana bilməmişdi.
Nəticə “Vest Hem”in baş məşqçisi Nunu Eşpirito Santu üzərində böyük təzyiq yaradıb. Məğlubiyyətdən əvvəl də turnir cədvəlinin sonuncusu olan “Vulvz”a qarşı oyundan öncə onun gələcəyi ilə bağlı mətbuatda şayiələr yayılmağa başlamışdı.
“Çəkiclər” də hazırda düşmə zonasındadır və təhlükəsiz mövqedən 4 xal geri qalır:
18. Vest Hem
20. Vulherhempton
© Copyright 2026, All Rights Reserved