Premyer Liqadan müsəlman futbolçulara jest: "İftarlarını açsınlar"
İngiltərə Premyer Liqasında Ramazan ayı boyunca futbolçular iftar vaxtı gəldikdə oruclarını açmaq üçün xüsusi icazə alacaqlar.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası Ramazan ayı ərzində müsəlman futbolçuların oruclarını açmaları üçün oyunların qısa müddətə dayandırılacağını açıqlayıb. Bu barədə məlumatı İngilis milli yayımlayıcısı BBC yayıb.
Xəbərə görə, hər oyundan əvvəl hansı futbolçunun orucunu açması lazım olduğu müəyyən ediləcək və iftar vaxtında oyuna qısa fasilə veriləcək. Fasilə zamanı topun künc zərbəsi, sərbəst zərbə və ya aut atışı zamanı oyun dayandırılacaq.
BBC qeyd edir ki:
“Komandalar və matç rəsmiləri fasilənin verilməsinin lazım olub-olmadığını əvvəlcədən müzakirə edəcək və dayandırılma üçün təxmini vaxtı razılaşdıracaqlar. Bu ara komandalar tərəfindən su molası və ya taktiki fasilə kimi istifadə edilməyəcək.”
İngiltərə Futbol Liqasında (English Football League) aşağı kateqoriyalarda bu tətbiq ilk dəfə 2021-ci ildə həyata keçirilmişdi. Yeni qərar isə Premyer Liqa səviyyəsində ilk dəfə tətbiq olunacaq və müsəlman futbolçuların dini öhdəliklərinə hörmət olaraq qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved