Prezident İlham Əliyev "Qarabağ" klubuna pul ayırdı
Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərdi.
90plus.az xəbər verir ki, Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, komandanın UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən vəsaitin maliyyələşməsini təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri icra etmək tapşırılıb.
© Copyright 2026, All Rights Reserved