PSJ 17 yaşlı argentinalını alır

Çempionlar Liqasının qalibi PSJ Franko Mastantuono ilə danışıqları sürətləndirir.
90plus.az xəbər verir ki, "Pari Sen-Jermen" 17 yaşlı argentinalı gənc ulduz ilə birbaşa əlaqə saxlayaraq transferi reallaşdırmaq üçün addımlar atır. "River Pleyt"in gənc yetirməsi son dövrlərdə Avropanın aparıcı klublarının diqqət mərkəzinə çevrilib.
Bu mövsüm 12 oyunda 4 qol və 2 asistlə yadda qalıb. O, həmçinin Argentina U-20 milli komandasının üzvüdür və Lionel Skaloni tərəfindən A milliyə dəvət alıb.
© Copyright 2025, All Rights Reserved