PSJ bu zədə ilə sarsıldı
 
                             
                         
                             
                                PSJ gənc ulduzunun zədə xəbəri ilə sarsılıb. “Loryan”la 1:1 hesablı qarşılaşmada meydanı göz yaşları ilə tərk edən Dezire Duenin durumuna klub bu səhər aydınlıq gətirib.
90plus.az xəbər verir ki, Paris təmsilçisinin rəsmi məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi sağ bud əzələsində zədələnmə aşkarlanıb və o, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Klub növbəti məlumatı yığma oyunlarından sonra verəcək.
Fransa mediasının iddiasına görə, Due zədə səbəbilə Çempionlar Liqasının Liqa mərhələsində qalan matçları buraxacaq. Bu, sıx qrafikdə Luis Enrike üçün ciddi itkidir. Liqa 1-in son dərəcə gərgin keçdiyi mövsümdə PSJ qısa müddətə də olsa gənc istedadından məhrum qalacaq.
Yenə də klubdaxili mənbələr onun uzunmüddətli itki olmayacağına ümid verir.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved