PSJ-də sarı vərəqə qorxusu
UEFA Çempionlar Liqasında Türkiyə təmsilçisi “Qalatasaray” növbəti mərhələ uğrunda vacib oyuna çıxmağa hazırlaşır. İstanbul klubu ilk oyunda öz meydanında “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Sarı-qırmızılar” çərşənbə axşamı “Enfild Roud” stadionunda keçiriləcək cavab qarşılaşmasında İngiltərə nəhəngi ilə yenidən üz-üzə gələcək. Bu oyunun nəticəsi “Qalatasaray”ın turnirdə dörddəbir finala yüksəlib-yüksəlməyəcəyini müəyyənləşdirəcək.
Komanda bu mərhələni keçəcəyi halda, dörddəbir finalda böyük ehtimalla Fransa təmsilçisi PSJ ilə qarşılaşacaq. Paris klubu ilk oyunda “Çelsi”ni 5:2 hesabı ilə məğlub edərək ciddi üstünlük qazanıb.
Fransa klubunda cavab görüşü öncəsi sarı vərəqə ilə bağlı risk yaranıb. Komandanın ulduz futbolçuları Nunu Mendes və Xviça Kvaratsxeliya növbəti oyunda sarı vərəqə alacaqları halda, mümkün dörddəbir final mərhələsinin ilk matçını buraxmalı olacaqlar.
UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsi başa çatdıqdan sonra futbolçuların sarı vərəqələri sıfırlanır.
© Copyright 2026, All Rights Reserved